Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 23-də Konstitusiya dəyişiklikləri zamanı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılacağını bir daha təsdiqlədi”.
Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspert bunun Azərbaycanın tələbi çərçivəsində baş verəcəyini bildirib.
“İstisna deyil ki, hansısa mərhələdə Müstəqillik Bəyannaməsindən tamamilə imtina edəcəyik və bu, tarixi sənədə çevriləcək”, - Matevosyan vurğulayıb.
Qeyd edək ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bəyannamədən gedir. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib. /teleqraf.az/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.