AZ

Bağı sulayırdı, canından oldu

Hacıqabul rayonunda 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, rayonunun Tağılı kənd sakini, 2000-ci il təvəllüdlü Tarix Tahir oğlu Musayev həyətyanı sahəsini suvararkən kustar üsulla qoşulan su nasosunun elektrik xəttinə toxunub.

Nəticədə T.Musayevi elektrik cərəyanı vurub öldürüb. Onun meyiti həyətyanı sahədə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
ictimairey.az

1Mənbələr