AZ

Portuqaliya tarixində ən güclü yanğınların yayılmasının qarşısı alınıb

Bakı, 26 avqust, AZƏRTAC

Ümumilikdə 64,451 hektar ərazini əhatə edən yanğın Portuqaliyada ən böyük təbii fəlakətə çevrilib və onunla mübarizəyə 1000-ə yaxın yanğınsöndürən səfərbər edilib.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Portuqaliyanın Milli Mülki Müdafiə İdarəsinin nümayəndəsi Telma Ferreyranın məlumatına görə, Koimbra, Quarda və Kastelo Branko rayonlarının yeddi bələdiyyəsində 11 gündür davam edən yanğın 64 min 451 hektar ərazini məhv edib.

Təbiətin və Meşələrin Mühafizəsi İnstitutunun (ICNF) məlumatına görə, bu, Portuqaliyada indiyə qədər qeydə alınan ən böyük yanğındır. 2017-ci ilin oktyabrında baş vermiş bir meşə yanğını nəticəsində 53 min hektar ərazini məhv olmuşdu. Yanğına bir neçə ildırım vurması səbəb olub.

Mülki müdafiənin məlumatına görə, bu yay İspaniya kimi dağıdıcı meşə yanğınlarından əziyyət çəkən Portuqaliya, nəhayət, bazar ertəsi rahat nəfəs ala bilib, çünki günlər ərzində ilk dəfə heç bir böyük yanğın qeydə alınmayıb. Meşə yanğınları bu ay 4 nəfərin həyatına son qoyub, evləri və əkin sahələrini məhv edib. Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, yanğınlar son bir ildə ümumilikdə 278 min hektar ərazini məhv edib.

2017-ci ildə baş vermiş yanğınlar nəticəsində 119 nəfər həlak olub ki, bu da 2006-cı ildən bəri ən yüksək rəqəmdir. Portuqaliya hökuməti yanğınların miqyasını nəzərə alaraq, Avropa Mülki Müdafiə Mexanizmi çərçivəsində beynəlxalq dəstək alıb.

Mütəxəssislərin fikrincə, Pireney yarımadası iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənir ki, bu da güclü isti hava dalğalarına və uzunmüddətli quraqlığa, bitki örtüyünün qurumasına, nəticədə meşə yanğınlarına səbəb olur.

Seçilən
3
1
azertag.az

2Mənbələr