AZ

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş prokurorunun müavini HeydərMəmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının ƏlaqələndirməŞurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müaviniAbduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin BaşProkurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,eləcə də, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindelianiilə birgə 21–22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinəsəfər edib.

Trendxəbər verir ki, əvvəlcə Şuşa şəhərində olan qonaqlar HeydərMəmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla PənahVaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digərtarixi-mədəni abidələri ziyarət ediblər.

Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkartəbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb.Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik birirs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanıilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edibvə Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraqonlara təhsil ocağı barədə məlumat verilib, ali təhsilmüəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqındaətraflı danışılıb.

Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyatakeçirilən elmi-tədris prosesi, akademik mühit və inkişafperspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetinmüasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksəkqiymətləndirib, burada formalaşan təhsil mühitinin regionunintellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə dəgələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbətyanaşıblar.

Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzindəyerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digərtarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılanbərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixiniqoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksəkqiymətləndiriblər.

Xarici
Xarici
Xarici
Xarici
Xarici
Seçilən
25
20
az.trend.az

10Mənbələr