AZ

“Cəbrayıl” 19 futbolçusu ilə vidalaşdı

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Cəbrayıl” klubu yeni mövsümə hazırlıq çərçivəsində 19 futbolçusu ilə vidalaşıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, bölgə təmsilçisi Zahir Mirzəzadə, Aqşin Yaqubov, Həsrət Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov, Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov, Zeynəddin Abdurahmanov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal Səfərov və Əkpər Vəliyevlə yolları ayırıb.

Qeyd edək ki, Birinci Liqaya sentyabrın 11-də start veriləcək. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək. “Cəbrayıl” yeni mövsümün ilk turunda səfərdə “Zaqatala” ilə üz-üzə gələcək.

Seçilən
44
13
arena.az

10Mənbələr