AZ

Putinin yaxın dostuna aid olan mediaholdinq Sergey Markov haqqında araşdırma yayımlayıb

“100 milyonluq mənzil” və “amerikan fondları ilə əməkdaşlıq” iddiaları Markovun xarici agent statusu almasından üç gün sonra işıq üzü görüb...

Poliqon xəbər verir ki, Putinə yaxınlıığı ilə tanınan milyarder Yuri Kovalchuk ilə bağlı media imperiyasına aid olan “Life” nəşri Sergey Markov haqqında “araşdırma” dərc edib. Məqalə Markovun “100 milyonluq mənzili” və ABŞ fondları ilə əməkdaşlığı barədə iddiaları ehtiva edir. Bu dərc Sergey Lavrov xarici agent statusu alandan üç gün sonra yayımlanıb.

Məqalədə Markovun iyul ayında Şuşada baş tutan Mediaforum zamanı Azərbaycan Prezidenti İlham Əliyevə “təriflər səpməsi və gülümsəməsi” səbəbindən tənqid olunduğu və buna görə xarici agent elan olunduğu qeyd edilir. Həmçinin Markovun 1990-cı ildə yaradılmış az tanınan Rusiya Sosial-Demokrat Partiyasının fəaliyyətində iştirakı və ABŞ-də təcrübə keçməsi vurğulanır. Məqalədə “Vətənpərvər oyunu: Markovun ən uğurlu PR layihəsi” başlıqlı bölmədə, onun müasir dövrdə prokreml ekspert kimi tanındığı bildirilir.

"Life" həmçinin Markovun daşınmaz əmlakını araşdıraraq onun dəyərini 100 milyon rubldan çox qiymətləndirib və poliqtoloqun qızının Berlində yaşadığını qeyd edib. Məqalə başqa Kremlyanlı nəşr - “Çarqrad” portalı tərəfindən də yayımlanıb.

Qeyd edək ki, “Life”ı erməni əsilli media meneceri Aram Gabrelyanov təsis edib və o, Azərbaycana qarşı xüsusi niftəri ilə seçilir. 

Markova qarşı media hücumu onun xarici agent statusu elan olunandan üç gün sonra başlayıb. Rusiya Ədliyyə Nazirliyi bu addımı onun xarici media platformalarında iştirakına və Rusiya hakimiyyət orqanlarının fəaliyyətinə dair “yanlış məlumatlar yaymasına” bağlayıb. Lakin “Kommersant”ın verdiyi məlumata görə, xarici agent reyestrinə daxil edilməsinin səbəbi Markovun iyulda Azərbaycana səfəri ola bilər.

Markovun xarici agent elan edilməsi və ona qarşı informasiya hücumu xüsusi maraq doğurur, çünki bu, açıq proputin mövqeyinə sahib və Kremlə yaxın mənbə kimi tanınan şəxsin ilk belə halıdır.

Poliqon.info

Seçilən
181
poliqon.info

1Mənbələr