AZ

Rubio Avropa XİN rəhbərləri ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, tərəflər Rusiya-Ukrayna müharibəsini uzunmüddətli danışıqlar yolu ilə həll etmək üçün diplomatik səylərdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr