AZ

DAŞI ÖZÜNDƏN AĞIR OLAN İSMAYILOV VƏ YA İĞTİŞAŞ HİSSİLƏ ALOVLANANLAR

Respublikamızda siyasi, iqtisadi və sosial sahədə görülən uğurlu işlər ölkənin sürətli inkişafının bariz göstəricisidir. Prezidentimizin göstərişilə həm iri şəhərlərdə, həm də rejionlarda aparılan quruculuq, təmir-bərpa işləri, tərəqqi ab-havası, xoş yeniliklər insanın ruhunu oxşayır. Ölkəmizə axın edən turistlər, əcnəbi vətəndaşlar şəhərimizin hər daşına, divarına vurğunluqlarını böyük bir şövqlə dilə gətirib, bənzərsizliyindən ağızdolusu danışırlar. 

  Bu işlərin tərkib hissəsi kimi məlum ərazilərdə şəhərin görkəminə xələl gətirən, istismar müddəti başa çatmış yararsız, qəzalı, yaşayış üçün əlverişsiz, sakinlərə həyati təhlükə yaradan, bərpası mümkün olmayan çiləkan( dranka) evlərin sökülüb, müasir görünüşlü hündürmərtəbəli binalar, dövlət əhəmiyyətli obyektlər, min bir zövqlə salınmış istirahət parklarıyla əvəzlənməsi inkişaf proqramının əsas qayəsini təşkil edir. 

Bu proseslər mərhələli şəkildə özəl şirkətlər, MMClər və ya dövlət tərəfindən aparılsa da ölkə ilə bağlı verilən digər əhəmiyyətli qərarlar kimi infrastrukturun yenilənməsi də dövlət başçısının birbaşa göstərişilə həyata keçirilir. Təbii ki, ərazi üzrə yaşayış və qeyrı-yaşayış sahələrinə ayrılan məbləğlər də bu minvalla hesablanır. Sakinlərin əksəriyyəti təklif olunan kompensasiya ilə məmnuniyyətlə razılşıb, alaçığı xatırladan damı qırlı evlərdən, kiçikölçülü, pəncərəsiz, bacasız, mənzillərin mərtəbələr arası atılan şalbanlarından, divarların taxtadan hörülmüş arakəsmələrindən yataqlarına axın edən taxtabitilərdən canını qurtardığı üçün sevinib sənədləşmə işlərinin tez bir zamanda həyata keçirilməsini istəsə də onların arasında dövlətdən az qala aldığı nəfəs üçün də pul tələb edən, dünənə qədər arvadının kölgəsində yatıb, bu gün isə ona məxsus evə yüksək məbləğ tələb edib qumar və faiz borclarını bağlamaq istəyən, heç bir işin sahibi olmayıb ayın sonu arvadının alacağı maaşı bu gündən "yerbəyer"edən, xülyalarla yaşayıb, xəyallarını dövlət hesabına gerçəkləşdirmək istəyənlər də var. 

Ən acınacaqlısı isə "xəyal qırıqlığı"na uğradıqları üçün bütün "bədbəxt"liklərinin səbəbkarı kimi Zülfəli İsmayılovu hədəf seçiblər. İnsan savadsız ola bilər, amma onun axmaq olmağı əqli şikəstliyinin təzahürüdür. Bir halda ki, dövlət tərəfindən aparılan söküntü zamanı alqı-satqı müqaviləsi dövlət və vətəndaş arasında bağlanır, niyə günahlandırılan, təhqir və tənqidlərə məruz qalan tərəf Zülfəli İsmayılov olur? Dövlət söküntü və ya kompensasiya qərarlarını Zülfəli İsmayılovla məsləhətləşir? Yoxsa söküntü üçün pul ayıran bank Zülfəli İsmayılovun atasına məxsusdur? Bu düşüncənin sahibi məktəb, təhsil, savad görməyən biri olsaydı onun məntiqsizliyi anlaşılan olardı, amma bunu günlərdir Zülfəli İsmayılovun şəkillərini sosial şəbəkə hesablarında özünə, adına layiq altyazılarla paylaşan, insan hüquqlarından bixəbər, etdiyi əməllərdə cinayət tərkibinin olduğunu, hərəkətinin məsuliyyətini dərk etməyən, təhsilli "hüquqüşünas", zamanında hökümət qurumlarında səlahiyyət sahibi olmuş, hazırda bacısı ölkənin ən qabaqcıl universitetində hüquqşünaslar yetişdirən biri deyirsə bu onun dərrakəsizliyinin və kütbeyinliyinin sübutudur. Mövqeyinə, analiz qabiliyyətinə,"məntiq"inə, nəzər salanda açıq-aydın görünür ki, bu insanın yarıtmazlığı, savadsızlığı, qərəzliliyi, dövlət adamlarına antipatiyası onu düşdüyü duruma gətirib çıxarıb ki, sahib olduğu bir çox şeylərdən məhrum olub. Baş verənlərin səbəbini isə özündə deyil, özünü görmək istədiyi yerin sahiblərində görür. Araşdırsaq belə insanların nə qədər umacaqlı, kortəbii, tüfeyli həyat sürən, uğursuz biri olduqlarını görərik. Dövlətin tənzimlənmə metodunu anlamaq üçün nə fövqəladə məntiqə, nə savada, nə də fitri düşüncəyə sahib olmağa gərək yoxdur. Bunun üçün ailə münasibətlərinin, ailə dəyərlərinin tənzimlənmə mexanizmini mənimsəmək kifayətdir. Təəssüf ki, bu dəyərlər ağıl, mənlik, mənəviyyat, qürur və bir çox insani keyfiyyətlər kimi nə alınır, nə də satılır. 

 Qaldı ki, Zülfəli İsmayılova bu insan təmkini, səbri, mədəniyyəti, mənəviyyatı ilə bütöv bir şəxsiyyətdir! Olmasın Zülfəli İsmayılov, olsun bir başqası. Verilmiş qərarların icraçısı kim olursa olsun vəzifə səlahiyyətini yerinə yetirmək onun məslək borcudur.

 Zülfəli İsmayılovun vəzifəsi tapşırığın həlli istiqamətində danışıqlar aparmaq, qanun pozuntusuna yol verilmədən göstərişin hüquqi müstəvidə görülməsi üçün nəzarət etmək olsa da, ehtiyacı olan sakinləri tək-tək dinləyib, onları məmur kimi qarşılayıb qardaş, ata, oğul kimi yola salıb, problemlərinin həllində dəstəyini əsirgəmir. Bütün bunlara baxmayaraq bəzi naqislər tərəfindən onun adı "amansız məmur" kimi hallandırılır.

 Nə qədər ki, vətəndaş və məmur arasında qarşıdurma yaradan belə insanlar barədə araşdırma aparılıb, ciddi tədbirlər görülməyəcək hökümətin etimad göstərib, yüksək təyinat verdiyi şəxslər iftiralarla üzləşib haqsız təhqirlərə məruz qalacaq, müəyyən kütlə arasında cəzasızlığı görənlərdə isə provakasiyon tədbirlərə meyllilik artacaq.

  Aida Bayramova

Seçilən
8
sabahinfo.az

1Mənbələr