Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukraynanın Jitomir vilayətində özbaşına uşaq dünyaya gətirib öldürən qadın 1 il 6 ay sınaq müddətinə şərti cəzaya məhkum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Jitomir vilayətinin Narodıç rayon məhkəməsinin hökmündə qeyd olunur.
Məhkəmənin məlumatına görə, Jitomir vilayətinin sakini hamiləliyini gizlədib və həkimlərin qeydiyyatında olmayıb. 2025-ci ilin mart ayında qadın yaşadığı evdə 3 kiloqram 670 qram çəkisi, 54 santimetr boyu olan bir oğlan uşağı dünyaya gətirib. Körpə tamamilə sağlam olub. Lakin təqsirləndirilən şəxs yeni doğulmuş oğlunu evin pəncərəsindən həyətə atıb və nəticədə uşaq həyatını itirib.
Təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olduğunu bildirib. O, artıq 1 yaş 7 aylıq bir uşağı böyütdüyünü izah edib.
Qadın digər övladını böyütmək istədiyi üçün azadlıqdan məhrum edilməməsini xahiş edib.
Məhkəmə-psixiatrik ekspertiza müəyyən edib ki, cinayət törədilən anda qadın “yüngül əqli gerilik” vəziyyətində olub, lakin hərəkətlərinin mahiyyətini dərk edə bilib.
Məhkəmə qadını Ukrayna CM-nin 117-ci maddəsi üzrə təqsirli bilib və 1 il 6 ay sınaq müddətinə şərti cəzaya məhkum edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.