AZ

Avstraliya Tehrandakı səfirliyini bağladı

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstraliyanın Baş naziri Entoni Albaniz İran səfirini ölkədən çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, Albaniz İranı Avstraliyada baş vermiş antisemit hücumları yönləndirməkdə ittiham edib, İranın bu ölkədəki səfiri Əhməd Sadeqinin və daha üç iranlı diplomatın Avstraliyadan qovulmasına göstəriş verib.

Albaniz ölkəsinin SEPAH-ı terror təşkilatı elan edəcəyini bəyan edib.

Avstraliya XİN-in məlumatına görə, rəsmi Kanberra İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hansısa bir ölkənin səfirini qovur.

Bildirilib ki, İranla diplomatik əlaqələr davam edəcək, lakin Avstraliyanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ötən il Avstraliyanın Sidney və Melburn şəhərlərində anti-semit hücumlar baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
7
bakivaxti.az

8Mənbələr