AZ

İran səfiri bu ölkədən çıxarılır

Avstraliya İranın bu ölkədəki səfiri Əhməd Sadiqini ölkədən çıxarır, həmçinin İslam Respublikasındakı səfirliyini də bağlayır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanesenin saytında dərc olunmuş bəyanatda deyilir.

Qeyd olunur ki, Avstraliya TKəşfiyyat Xidməti ölkənin federal polisi ilə birlikdə Avstraliyada yəhudi icmasına qarşı bir sıra antisemit hücumları ilə bağlı araşdırma aparıb və araşdırma zamanı onlardan ən azı ikisinin İran hökuməti tərəfindən dəstəkləndiyi müəyyən edilib.

"Cəmiyyətimizə qarşı bu hücumlar tamamilə qəbuledilməzdir və Avstraliya hökuməti qətiyyətli addımlar atır. Biz İranın Avstraliyadakı səfirinə (Əhməd Sadiqi - red.) onun və daha üç diplomatın ölkədən çıxarılacağı barədə məlumat verdik. Tehrandakı səfirliyimizin işini dayandırdıq və bütün diplomatlarımız hazırda üçüncü ölkədə sağ-salamatdır", - bəyanatda deyilir.

O, həmçinin əlavə edib ki, Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsinə icazə verəcək qanun qəbul edəcək.

Seçilən
38
1
modern.az

10Mənbələr