AZ

“Təqdir” qısametrajlı filminin qala gecəsi keçirildi – VİDEO

25 avqust tarixində Sevinc Mall Park Cinema zalında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin istehsalı olan “Təqdir” qısametrajlı filmi möhtəşəm qala gecəsi ilə tamaşaçılara təqdim olunub.

Bakues.az xəbər verir ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Dayaq İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gətirilib.

Layihə “Narkomaniya əleyhinə səfərbərlik” çərçivəsində həyata keçirilib və məqsəd narkomaniyanın fəsadlarını incəsənətin gücü ilə cəmiyyətə çatdırmaqdır.

Tədbirdə çıxış edənlər narkomaniya ilə mübarizədə mədəniyyətin, maarifləndirmənin və sosial həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Tədbirin keçirilməsinə Nizami Rayon İcra Hakimiyyəti, Sevinc Mall rəhbərliyi və Park Cinema tərəfindən şərait yaradılıb.

aaaaa

Seçilən
80
icma.az

1Mənbələr