ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Qəzzanın Xan Yunis rayonundakı Nasser xəstəxanasına hücumu nəticəsində müxbirləri həlak olan Reuters və Associated Press (AP) agentliyinin birgə bəyanatında jurnalistlərin beynəlxalq hüquqla qorunan xəstəxanada öldürülməsinə hiddət ifadə olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Reuters agentliyinin baş redaktoru Alessandra Galloni və AP-nin baş redaktoru Julie Pece Qəzzada beş jurnalistin öldüyü hücumla bağlı İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Eyal Zamir və hökumətin mətbuat xidmətinin direktoru Nitzan Çenə ünvanlanan birgə bəyanatla çıxış ediblər.
Açıqlamada Nasser xəstəxanasına edilən hücumla bağlı tam açıqlamanın gözlənildiyi qeyd edilib. Həmçinin qeyd edilib ki, hücumda öldürülən jurnalistlər Hussam əl-Masri Reuters, Məryəm Əbu Dekka və Muaz Abu Taha isə həm AP, həm də Reuters üçün çalışıblar.
Hücum zamanı Reuters agentliyinin fotojurnalisti Hatəm Xalidin də yaralandığını xatırladan bəyanatda bu ifadə yer alır: “Biz müstəqil jurnalistlərin beynəlxalq hüquqla qorunan xəstəxananın qurbanları arasında olmasına qəzəblənirik. Bu jurnalistlər orada tənqidi şahidləri təmin etmək vəzifəsini peşəkarcasına yerinə yetirirdilər. Onların işləri iki ildir ki, İsrailin Qəzzaya yaxın əcnəbi jurnalistlərin girməsi baxımından xüsusilə vacibdir”.
Bəyanatda AP və Reuters-in bölgədəki müxbirlərinin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etdikləri vurğulanıb və İsrail qurumlarına jurnalistlərin Qəzzaya maneəsiz giriş-çıxışını təmin etmək çağırışı təkrarlanıb.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.