AZ

Qarabağda yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.

“Gəncə KOB evi”nin tikinti işlərinə - DAHA 2,5 MİLYON MANAT AYRILDI

FED.az xəbər verir ki, tender Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərinin layihələndirilməsi məqsədilə elan edilib. Tenderin qalibi “Era - Design Group” MMC (VÖEN: 1903672311) olub.

Qalib şirkətlə 1 960 263 AZN məbləğində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Era - Design Group” MMC bu il ərzində eyni qurum tərəfindən keçirilmiş daha iki tenderdə qalib olub. Belə ki, şirkət 2025-ci il 4 avqust tarixində şirkət Füzuli rayonunun Qaraxanbəyli kəndinin işçi layihələrinin optimallaşdırılması üzrə elan edilən satınalmada qalib elan edilib. Həmin müqavilənin dəyəri 481 204 AZN olub.

Elə həmin tarixdə şirkət daha bir tenderdə qalib olub, Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin tikinti işləri üzrə müəllif nəzarətinin aparılması işlərini icra etmək öhdəliyini üzərinə götürüb. Bu müqavilənin dəyəri isə 920 896 AZN təşkil edib.

Qeyd edək ki, “Era - Design Group” MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mahir Muxtarov Eminağa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33A, Esra Plaza “B” bloku, 6-cı mərtəbədə yerləşir.

Seçilən
22
fed.az

1Mənbələr