AZ

Braziliya İsrailin yeni səfirini qəbul etmədi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliya Prezidenti Lula da Silva İsrailin yeni səfir təyinatını təsdiqləməyib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, İsrailin Braziliyadakı səfiri Daniel Zonşayn ötən həftə istefaya getdikdən sonra rəsmi Təl-Əviv onun yerinə ölkənin Kolumbiyadakı keçmiş səfiri Qali Daqanı təyin edib. Lakin Daqan Braziliyadan hökumətindən lazımi razılığı almayıb. İsrail də buna cavab olaraq yeni səfir göndərməyəcəyini və münasibətləri aşağı səviyyəyə endirdiyini açıqlayıb.

Qeyd edək ki, iki ölkə arasındakı gərginlik Braziliya Prezidenti Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini nasistlərlə müqayisə etməsindən sonra başlayıb. İsrail bundan sonra Lula da Silvanı arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
axar.az

4Mənbələr