AZ

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımadan gəlirlər kəskin artdı

Azərbaycanda bu ilin birinci yarısında dəmir yolu ilə yük və sərnişin daşımalarından 200 447,2 min manat gəlir əldə olunub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (218 248,9 min manat) ilə müqayisədə 8,2% azdır.

Bu barədə Avtosfer.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə xəbər verir.

Məlumata görə, hesabat dövründə dəmir yolu ilə yük daşımalarından 192 618 min manat gəlir əldə olunub, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi (213 252,1 min manat) ilə müqayisədə 9,7% azdır.

Onu da qeyr etmək lazımdır ki, cari ilin birinci yarısında sərnişin daşımalarından 7 829,2 min manat gəlir əldə olunub ki, bu ba ötən ilin müvafiq dövrünün göstəricisi (4 996,8 min manat) ilə müqayisədə 56,7% çoxdur.

Xatırladaq ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 8 442,2 min ton yük və 4 648,4 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 9,4% azalma və 20,7% artım deməkdir.

Seçilən
37
6
avtosfer.az

10Mənbələr