Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb. Hərəkətdə olan "Hyundai İX35" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Aynur Həsənova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fuad Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.