İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi təqaüddə olan diplomat Məhəmməd Sədrin sözlərinə belə reaksiya verib: “Rusiyanın bizim müdafiə məlumatlarımızı İsrailə ötürməsinə dair iddia doğru deyil”.
Məhəmməd Sədr daha əvvəl verdiyi müsahibədə demişdi: “Son və əvvəlki müharibələrdə İsrail bütün müdafiə mərkəzlərimizi hədəfə alıb. Öz təhlillərimə əsaslanaraq sizə deyirəm ki, Rusiya bizim müdafiə məlumatlarımızı İsrailə ötürüb”.