Cənab Prezidentimiz İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə millətimizin tarixinə şəhər günləri ilk dəfə daxil edildi. Qara günlər arxada qaldı. 26 avqust Laçın şəhər günü elan olundu. Bu, təkcə Laçın sakinlərinin deyil, bütün millətimizin günüdür. Azad edildikdən sonra Laçının dünya miqyasında tanıdılmasında xəyallara gəlməyən iki hadisə müstəsna rol oynadı. Birinci hadisə Laçın Beynəlxalq Hava Limanını tikilməsi və istifadəyə verilməsidir. Heç kim inana bilmirdi ki, dağlardan, qayalardan və təpələrdən ibarət olan, düz yerin tapılmadığı Laçında hava limanı tikmək mümkündür. Bu iş görüldü. 2025-ci il mayın 28-də Müstəqillik günüdə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi tarixi hadisə olmaqla əhəmiyyətinə görə coğrafiyamızı aşaraq daha geniş məna kəsb etdi.
İkinci hadisə mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi oldu. Həmin gün dünyanın gözü Laçında idi. Üç liderin verdiyi mesajlar dostları sevindirir, bədxahları qəm-qüsəyə batırırdı. Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını, Hava Limanında üç təyyarənin dayandığını görmək qəlbləri hədsiz sevinc və fəxarət hissi ilə doldururdu. Laçın həmişə xoş gələk, xoş gəlsinlər. Millətimizə xoş gəlməyi təmin edənlərə xoş günlər arzusu ilə Laçın şəhər günümüz mübarək olsun! Allah millətimizin və dövlətimizin yolunu, taleyini açıq etsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31