AZ

Aviaşirkəti məkhəməyə verən israilli ailə təzminat ödəməli olub

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin kiçik iddialar üzrə məhkəməsi olduqca sərt qərar çıxarıb. Məhkəmə, "Air Canada" aviaşirkətinə qarşı iddia qaldıran Abu ailəsinin şikayətini tamamilə rədd edib. Kompensasiya almaq əvəzinə ailə, məhkəmə sistemindən sui-istifadəyə görə 3000 şekel məbləğində məhkəmə xərclərini ödəməyə məcbur edilib.

Bizimyol.info xəbər verir ki, hadisə Ailənin ABŞ-a səfəri ilə başlayıb.

Ailənin 9 oktyabr 2023-cü il üçün planlaşdırılmış geri qayıdış reysi “Dəmir Qılınclar” müharibəsi səbəbilə ləğv edilib. ABŞ-da üç ay qalan ailə, aviaşirkəti onları “müharibəni bəhanə edərək” tək buraxmaqda və onlara xeyli xərc çıxarmaqda ittiham edərək iki ayrı iddia qaldırıb.

Lakin "Air Canada" məhkəməyə tam fərqli sübutlar təqdim edib. Aviaşirkət bildirib ki, ailə iddianın məbləğ limiti tələbindən yayınmaq üçün onu süni şəkildə iki yerə bölüb, bəzi məlumatları gizlədib və məhkəməni çaşdırmağa çalışıb. Sübutlara əsasən, aviaşirkət sərnişinləri tərk etməyib, onlara alternativ reys təklif edib. Əslində isə ailə üzvləri şəxsi səbəblərlə ABŞ-da qalmaq qərarı verib və şirkətə “müharibə bitəndən sonra qayıdacaqlarını” bildiriblər.

Məhkəmə qeydiyyatçısı iddiaçının davranışını kəskin şəkildə qınayıb. O vurğulayıb ki, “iddiaçının etibarlılığı ciddi şəkildə zədələnib” və bu iddiaların ümumiyyətlə verilməməli olduğunu bildirib. İddiada müharibə kontekstinin nəzərə alınmaması və 7 oktyabr hadisələrinin “bəhanə” adlandırılması da sərt tənqid olunub. Hakim xüsusilə, 7 oktyabr hadisələrinin yanacaq qiymətlərinin artımı ilə müqayisəsini “çox təhqiramiz” adlandırıb.

Nəticədə, məhkəmə hər iki iddianı tamamilə rədd edib və Abo ailəsini 3000 şekel məbləğində məhkəmə xərclərini ödəməyə məcbur edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr