AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
     
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Seçilən
85
23
operativmedia.az

10Mənbələr