AZ

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin əsas elementinə çevriləcək” Qars-Iğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tikintisinə başlandığını bəyan edib.

Yenisabah.az TRT Haber-ə istinadla xəbər verir ki, o bu layihənin Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıdığını və region üçün sülh layihəsi olacağını vurğulayıb.

Ərdoğan qeyd edib ki, 2,4 milyard avroluq xəttin istifadəyə verilməsi Çindən Böyük Britaniyaya gedən beynəlxalq ticarət yolunun səmərəliliyini artıracaq. Layihə Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək ki, bu da Türkiyənin şərq və cənub-şərq regionlarının istehsal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq. Marqarita pizza

“Layihənin bütün elementlərinin həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni ölçü alacaq”, - deyən Ərdoğan layihənin başa çatmasının regional inkişafa güclü təkan verəcəyini bildirib.

O, 224 km-lik dəmir yolunun regionda əlaqələrin möhkəmləndirilməsi və rifahı yolunda mühüm addım olacağına ümid etdiyini vurğulayıb.


Telegram kanalımız
Seçilən
29
2
yenisabah.az

3Mənbələr