AZ

Avstraliya İran səfirini və daha üç diplomatı ölkədən çıxarır

Avstraliya İranı Sidney və Melburn şəhərlərində iki antisemit yanğın törətməkdə ittiham edib və İslam Respublikasının səfirinə ölkəni tərk etməsi üçün 7 gün vaxt verib. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Antoni Albaneze məlumat verib.

"Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı İranın bu hücumları birbaşa yönləndirdiyini və ölkə ərazisində digər oxşar hücumların da təşkilinə cəhd edə biləcəyini ehtimal edir. Ölkə öz iştirakını gizlətməyə çalışıb, lakin təşkilat bu hücumların arxasında məhz İranın olduğunu hesab edir”, - deyə Albaneze bildirib.

O əlavə edib ki, Avstraliya Tehranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq.

Avstraliyanın xarici işlər naziri Penni Vonq isə deyib ki, İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi və üç İran rəsmisi 7 gün ərzində ölkəni tərk etməlidir.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
15
20
missiya.az

10Mənbələr