AZ

Laçın möhtəşəm tarixi anlarını yaşayır ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycan xalqında böyük qürur hissi yaşatdı. Sərəncamda göstərilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olundu və bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu cür tarixi günlərin həmin rayonlarda qeyd olunması münasibəti ilə əlaqədar olaraq Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və birinci xanım Mehriban Əliyevanın Laçında Şəhər Günü ilə bağlı bayram tədbirlərində iştirak etməsi xüsusi önəm daşıyır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir.

Dövlətimizin başçısı bayram münasibətilə xalqımızı və eləcə də laçınlıları təbrik etdi, eyni zamanda regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi. Azərbaycanın Müzəffər Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız sevinc və qürur hissi ilə qarşıladı. Bununla da, laçınlıların, zabuxluların yurd həsrətinə son qoyuldu. Ölkə başçımızın dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. 28 May Müstəqillik Günündə Prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim etmişdir.

Azərbaycan müstəqil siyasət aparmaqla beynəlxalq hüquq çərçivəsində bütün addımları atır. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib.

Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları - civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə paralel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik.

Bu gün artıq Laçın azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün Laçın şəhərinin mərkəzində milli bayrağımız dalğalanır və əbədi dalğalanacaq!

Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sesqazeti.az

2Mənbələr