AZ

"Pobeda" zirvəsində qalan rus alpinisti xilas emək mümkün olmayıb

Qırğızıstan hakimiyyəti avqustun 12-dən 7,200 metr yüksəklikdə "Pobeda" zirvəsində qalan rus alpinisti Nataliya Naqovitsinanın xilasetmə əməliyyatını dayandırıb.

"Son cəhd olaraq avqustun 25-də dron vasitəsilə axtarış  həyata keçirilməli idi. Onun sağ qaldığı müəyyən edilsəydi  helikopterlə təxliyəsi planlaşdırılmışdı. Lakin pis hava şəraiti buna imkan verməyib", -  Fövqəladə Hallar Nazirliyinin sözçüsü Adil Çarğınov bildirb.

47 yaşlı Naqovitsina 2016-cı ildən alpinist fəaliyyəti ilə məşğul olur.

 “Qar bəbiri” titulu üçün lazım olan beş 7,000 metrlik zirvədən dördünü fəth edib.

 Son səfərə o,i rusiyalı Roman Mokrisnki, alman Gunter Siqmund və italyan Luka Siniliya ilə yollanıb. . Dırmanma zamanı ayağını sındıraraq dağ belindən sürüşüb. Qrup onu yemək və yataq torbası ilə çadırda qoyub kömək axtarmağa gedibi. Enmə zamanı Luka Siniliya həlak olub.

Avqustun 16-da Müdafiə Nazirliyinin helikopteri təxliyə cəhdi edib, lakin hava şəraiti üzündən sərt eniş edərək pilot və qrup rəhbəri Viktor Akimov xəsarət alıb.

Daha bir helikopter əməliyyatı Akimovun zədəsi səbəbndən yarımçıq qalıb.

Avqustun 23-də nazirlik xilasetmə işlərinin dayandırıldığını bildirib.

N.Təbrizli

Seçilən
5
anews.az

1Mənbələr