AZ

Ermənistan və Gürcüstanda rekord quraqlıq

Avqustda Ermənistan və Gürcüstan ərazilərinin təxminən 97%-i quraqlıqdan zərər çəkib. Bu ölkələr Avropa və Aralıq dənizi hövzəsində quraqlığın ən güclü təsirlərinə məruz qalıb, avqustun ilk on günündə regionların yarısından çoxu zərər görüb. Bu barədə Avropa Quraqlıq Müşahidə Mərkəzi (EDO) məlumat yayıb.

Peyk məlumatlarına görə, avqustun əvvəlində Avropa və Aralıq dənizi hövzəsinin 7,8%-i “həyəcan”, 38,7%-i “xəbərdarlıq”, 4,9%-i isə “müşahidə” səviyyəsində olub. “Həyəcan” səviyyəsi bitki örtüyündə anormal inkişafı göstərir.

Bolqarıstan, Kosovo, Serbiya, Şimali Makedoniya, Albaniya, Macarıstan və Monteneqro da ciddi təsirlənib, ərazilərinin üçdə dördü xəbərdarlıq və həyəcan səviyyəsindədir. İyul və avqustda güclü istilər genişmiqyaslı meşə yanğınlarına səbəb olub, Monteneqro və Albaniyada bir nəfər həlak olub.

İspaniya, Portuqaliya və İtaliyada da lokal təsirlər qeydə alınıb. Böyük Britaniyada ərazinin təxminən 70%-i, Fransada isə 63%-i quraqlıqdan zərər görüb. Mərkəzi Avropada, o cümlədən Almaniya, İsveçrə, Avstriya və Çexiyada isə torpaq rütubəti və bitki örtüyü normallaşıb.

AFP-nin məlumatına görə, Avropa Meşə Yanğınları Məlumat Sisteminə (EFFIS) əsasən, bu ilin əvvəlindən Avropa İttifaqı ölkələrində bir milyondan çox hektar meşə və torpaq sahəsi yanıb ki, bu da rekord göstəricidir.

N.Təbrizli

 

Seçilən
12
1
anews.az

2Mənbələr