AZ

"SpaceX" daşıyıcı raketin buraxılışını ləğv edib

ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin prototipini 10-cu sınaq uçuşuna göndərəcək daşıyıcı raketin buraxılışını ləğv edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumat "SpaceX"in "X" hesabında dərc edilib.

Qeyd olunur ki, buraxılışın ləğvi əlverişsiz hava şəraiti ilə bağlıdır.

Məlumatda, həmçinin bildirilir ki, start şərq saat qurşağı ilə saat 19:59-da (Bakı vaxtı ilə 03:59 - red.) Texas ştatındakı "Starbase" kosmodromunda planlaşdırılmışdı.

Seçilən
31
1
moderator.az

2Mənbələr