AZ

Türkiyədə atışma: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin Diyarbakır bölgəsində iki qrup arasında baş verən silahlı döyüşdə 2 nəfər ölüb, biri ağır olmaqla 5 nəfər yaralanıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yenişehir rayonu Feritköşk məhəlləsində baş verib. 

Bildirilib ki, küçədə mübahisə etdiyi iddia edilən iki qrup yolda rastlaşıb, sözlə dava etdikdən sonra maşınlarından düşərək bir-birlərinə tapançadan atəş açmağa başlayıblar. 

Hadisə yerinə çoxlu sayda tibb və polis qrupları göndərilib. Atışma zamanı 7 nəfər güllə yarası alıb. Yaralılara tibbi yardım göstərildikdən sonra şəhər xəstəxanalarına aparılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. 

 Hadisə ilə bağlı araşdırma aparılır.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr