AZ

Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi

Qəzza zolağındakı münaqişənin yekun həlli yaxın iki–üç həftə ərzində əldə oluna bilər.ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib.

“Düşünürəm ki, növbəti iki–üç həftə ərzində biz yaxşı, yekun bir nəticəyə gələcəyik . Bu barədə danışmaq çətindir, çünki onlar min illərdir döyüşürlər, ora həmişə gərginlik mənbəyi olub”, - Ağ Evdə Cənubi Koreya Prezidenti Li Ce Myeon ilə görüşə başlamazdan əvvəl jurnalistlərə danışan Tramp deyib.

Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti Baş nazir Benyamin Netanyahuya aid olan Qəzza şəhərinin tam nəzarətə götürülməsi və əməliyyatların genişləndirilməsi planını təsdiqləyib.

Müdafiə naziri İsrail Kats bu planı avqustun 20-də müəyyənləşdirib.

N.Təbrizli

Seçilən
11
anews.az

1Mənbələr