AZ

Markov Rusiyadan gedir? - Özü açıqladı

Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində deyil.

Modern.az xəbər verir ki, o, bu barədə teleqram kanalında bildirib.

Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.

O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.

Xatırladaq ki, avqustun 22-də Rusiya Ədliyyə Nazirliyi Markovu xarici agentlər siyahısına daxil edib. O, Rusiya hakimiyyəti haqqında feyk məlumatlar yaymaqda və xarici agentlərin kontentinin yaradılmasında və ya yayılmasında iştirak etməkdə ittiham olunur

Seçilən
54
7
modern.az

10Mənbələr