AZ

Maduro: Amerika cəmiyyəti dünyada ən çox narkotik istehlakçısıdır

BAKI, 26 avqust. TELEQRAF

“Venesuela narkotiklərin qeyri-qanuni dövriyyəsindən azad ölkədir və kolumbiyalı narkotik kartelləri ölkə ərazisindən kokainin cəmi 5 faizini keçirməyə çalışırlar”.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında bildirib.

Maduro bildeirib: "Venesuela təmiz ölkədir, narkotik ticarəti, koka bitkiləri və kokain istehsalından azaddır.

Amerika bazarı üçün nəzərdə tutulan kokainin 80 faizi Sakit Okean vasitəsilə daşındığı halda, Vaşinqton Karib hövzəsində dəniz qüvvələrini yerləşdirir. ABŞ isə Venesuela, Latın Amerikası və Karib hövzəsini təhdid edir. Amerika cəmiyyəti dünyada ən çox narkotik istehlakçısıdır. ABŞ-ın narkotik ticarəti ilə mübarizə səyləri səmərəsizdir”.

Seçilən
29
1
teleqraf.com

10Mənbələr