ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ABŞ Maliyyə Nazirliyinin Dəməşqi sanksiyalar siyahısından çıxarmaq qərarını alqışlayıb.
APA xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyinin "X" hesabında dərc olunmuş bəyanatında deyilir.
Əhməd əl-Şaraanın sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
“Bu addım regionda təhlükəsizliyi gücləndirəcək, iqtisadi vəziyyətə və humanitar duruma müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.
Əl-Şaraa vurğulayıb ki, Dəməşq beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsipləri əsasında dialoq və əməkdaşlığa sadiqdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.