AZ

Tramp ABŞ ilə Cənubi Koreyanın ticarət sazişi barədə razılığa gəldiyini bildirib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ağ Evdə cənubi koreyalı həmkarı Li Ce Myon ilə danışıqlar zamanı ikitərəfli ticarət sazişinin şərtləri barədə razılığa gəliblər.

"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə mətbuat nümayəndələrinə bildirib.

"Bəli, düşünürəm ki, biz razılığa gəldik. Onların bəzi problemləri var idi, lakin biz öz mövqeyimizdə qaldıq. Onlar (Cənubi Koreya tərəfinin nümayəndələri - red.) razılıq verdikləri sazişi bağlamağa hazırlaşırlar", - deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin cənubi koreyalı həmkarını tərifləyib. "O, çox yaxşı insandır, Cənubi Koreyanın son dərəcə yaxşı nümayəndəsidir", - deyə prezident əlavə edib.

Seçilən
54
3
report.az

10Mənbələr