AZ

Canişin Paşinyana hədə gəlir

Rusiya Ermənstanda “yumşaq“ planlarının keçmədiyni görüncə əsəbiləşir, daha da radikal addımı atmağa başlayır. Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvana növbəti rəsmi səfəri də bu niyyətlə edilib. O, təyyarədən enər-enməz hakimiyyəti təhdid etməyə başlayıb.

İndi Nikol Paşinyan seçim qarşısındadır: “ya Ermənistan Avrasiya İqtisadi İttifaqı(Aİİ) təşkilatını  tərk edəcək, ya da öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi halda, sanksiyalar və sonradan ittifaqdan kənarlaşdırılma riski ilə üzləşəcək”.

Bunu yazan Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrə istinadla qeyd edib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 20-də Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanla “sərt söhbət” edib.

Nəşrin yazdığına  görə, Tehran kimi Moskva da Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı İrəvanın təminatlarına inanmır: “Paşinyana deyiblər ki, Ermənistan gömrük orqanları yeni nəqliyyat marşrutlarına nəzarəti təmin etməsələr, ölkə Aİİ çərçivəsində ciddi problemlərlə üzləşə bilər”. Aleksey Overçukun gülünc iddiasınca bu təşkilata üzv  olmayan ölkələrin xaqları bəlkə aclıqdan qırılar.

Nəşrin məlumatına görə, söhbət Zəngəzur dəhlizindən gedir. Məlum olduğu kimi, ABŞ bu yolu 99 il müddətinə icarəyə götürmək hüququ alıb. Rusiya isə digər irtica rejimli İran kimi bu dəhlizin öz nəzarətində olmamasından  olduqca narazıdır və buna görə, Ermənistan hökumətini təhdid etməklə məşğuldur. Bəhanə də odur ki, İrəvan dəhlizə gömrük və digər nəzarət funksiyalarını yerinə yetirməsə, bu, Aİİ-nin fundamental prinsiplərinin pozulması olacaq. Bu da nəticədə İrəvanın Aİİ-dən qovulması ilə sonlanacaq. Qeyd edək ki, Ermənistan onsuz da sonda Aİİ-dən çıxmaq niyyətindədir.

Bəs Ermənistan özü KTMT kimi Aİİ-dən də imtina edə bilərmi? Bu çətin sualın cavabı hələlik açıq qalır. Paşinyan bu barədə qəti mövqe bildirmir. Şübhəsiz, ölkəsi üçün əlverişli məqam gözləyir.

Ancaq bir həqiqət var ki, Ermənistan gözlənilməz siyasi gedişləri ilə hamını dəfələrlə təəccübləndirib. Məsələn, Vaşinqton görüşü belə tarxi hadisələrdən biridir. Zəngəzur dəhlizi məsələsində xüsusi marağı olan Rusiya və İran hələ də şokdan ayılmayıblar. Belə gözlənilməz hadisələrdən biri də baş verə bilər. Bundan əlavə, Ermənistan Rusiyanın təsirindən qurtulmaq üçün hər çətinliyə hazırdır. Ermənstan Rusiya təsisatlarından qopmaq üçün fürsət axtarır. Bu məsələdə ABŞ və Fransa da ona lazımi dəstəkləri göstərəcəklər. Yəni Rusiyanın əvvəlki güclü təzyiq və təsir mexanizmi  işləməyəcək, işləsə də gözlədikləri effekti verməyəcəkdir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr