AZ

Esteban Okon “Haas”dakı iş tempindən heyran qalıb

Fransalı Formula-1 pilotu Esteban Okon “Haas” komandasına qoşulduqdan sonra amerikalı kollektivin sürəti və iş prinsiplərindən təəccübləndiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Autosport" 28 yaşlı pilotun dediklərini belə çatdırıb.

“Hər şeyin mükəmməl olduğunu demirəm, əlbəttə ki, təkmilləşdirməli olduğumuz məqamlar var. Amma komandaya qoşulduğum andan etibarən çox möhkəm baza yaradılıb və biz irəliləyirik. Ən çox heyrətlənən məqam isə budur ki, komandaya cüt debriyajlı sükanı hazırlamaq cəmi bir ay vaxt tələb etdi – bu sadəcə inanılmazdır. Heç vaxt digər komandaların belə sürətli işlədiyini görməmişdim.”

Okon əlavə edib ki, “Haas” adətən ən kiçik komandalar arasında göstərilir, amma göstərilən reaksiyalar və iş sürəti yüksək səviyyədədir.

Seçilən
10
90deqiqe.az

1Mənbələr