Moskvanın Taqanski Rayon Məhkəməsi erməni bloger Arsen Markaryan barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Markaryan vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edilir.
“Paytaxt İstintaq Komitəsinin müstəntiqlərinin tələbi ilə Arsen Markaryanın barəsində həbs-qətimkan tədbiri seçilib”, - İstintaq Komitəsindən bildirilib.