AZ

Hamburq limanı ərazisindəki anbarda güclü yanğın baş verib

Almaniyanın Hamburq şəhərində, konteyner limanı ərazisindəki anbarda güclü yanğın baş verib, qatı tüstü bir neçə kilometr uzaqdan görünür.

Moderator.az bu barədə "Bild" qəzetinə istinadla xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə avtomobili bürüyən alov daha sonra qaz balonlarına keçib və partlayış baş verib. Partlayış nəticəsində parçalar yaxınlıqdakı magistral yolda avtomobillərin üzərinə düşüb, xəsarət alanlar var. Hazırda magistral avtomobillərin hərəkəti üçün bağlanıb.

Yerli sakinlərə pəncərə və qapıları bağlamaq, havalandırma sistemlərini və kondisionerləri söndürmək tövsiyə olunur.

Seçilən
44
moderator.az

1Mənbələr