AZ

Tramp bu il ərzində Çinə səfər etməyi planlaşdırır

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ prezidenti Donald Tramp bu il ərzində və ya qısa müddət sonra Çinə səfər etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Çox ehtimal ki, bu il ərzində və ya tezliklə Çinə səfər edəcəyik” – deyə, D.Tramp bildirib.

Bundan əvvəl, Tramp Şimali Koreya lideri Kim Çen In ilə görüş keçirməyi nəzərdən keçirdiyini bildirmişdi.

“Əslində mən onunla bir gün görüşəcəyəm. Onunla görüşməyə hazırlaşmışam” – deyə, Tramp qeyd edib.

Seçilən
84
32
turkic.world

10Mənbələr