AZ

Paşinyan Çində keçiriləcək paradda iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Çin prezidenti Si Cinpinin dəvəti ilə Çinə səfər edəcək.

Bu barədə diplomatik missiyanın rəhbəri Li Sinvey avqustun 25-də Çinin Ermənistandakı səfirliyində keçirilən qəbulda məlumat verib.

Ermənistan hökumətinin başçısı səfər çərçivəsində avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Bundan başqa, Paşinyan sentyabrın 3-də Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Seçilən
15
9
anews.az

10Mənbələr