Keçən ay ana olan aktrisa Gizem Karaca artıq çəki itirdiyini deyib.
BiG.AZ xəbər verir ki, o, sosial mediada paylaşım edib.
"Qızlar, doğuşdan sonra kilolar sürətlə gedirmiş deyirdilər. doğru imiş. 13 kq 3 həftədə öz-özünə getdi, qaldı 10 kq. Hələ idmana başlaya bilməmişəm. Mən dincəldim, sağaldım. Övladımın 40-ı çıxdı və artıq ikimiz də daha güclüyük" ,- deyə o bildirib.