“Milan” yarımmüdafiəçisi Yunus Musadan ayrılmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, "rossenerilər" fransalı futbolçu Adrien Rabyonu transfer etmək niyyətindədir və bu məqsədlə Musanın satışına çalışır.
Amerikalı futbolçu ilə “Atalanta” maraqlanır. Hazırda tərəflər danışıqlar aparır – “Milan” oyunçusuna görə 30 milyon avro tələb edir, Bergamo təmsilçisi isə 25 milyon avro və bonuslar təklif edib.
Musanın özü isə “Atalanta”ya keçməyə razılıq verib. 21 yaşlı yarımmüdafiəçi yeni komandasında daha çox oyun praktikası qazanacağına ümid edir.
Futbolçunun “Atalanta”ya keçidi yaxın günlərdə baş tutacağı gözlənilir.