AZ

Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq düşündüyümdən çətin oldu -Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasının daha asan olacağını gözlədiyini, lakin şəxsi münaqişələrin prosesi çətinləşdirdiyini deyib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.

“Düzünü desəm, Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm, lakin məlum oldu ki, ciddi şəxsi münaqişələr var. Bu, onlardan biridir. Amma biz yekunda bunu da dayandıracağıq”, - Tramp vurğulayıb.

O həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatları hələ müzakirə edilməyib, çünki əsas məsələ müharibənin dərhal başa çatması olaraq qalır.

ABŞ Prezidentinin sözlərinə görə, Avropa Ukraynaya mühüm təhlükəsizlik zəmanəti verməlidir, ABŞ isə yalnız bunu dəstəkləməlidir.

Seçilən
18
6
ikisahil.az

7Mənbələr