AZ

Moskvada Markaryanın məhkəməsi başladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Erməni əsilli rusiyalı bloger Arsen Markaryan vətən müdafiəçilərinin xatirəsini təhqir etdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Moskvanın Taqanski Rayon Məhkəməsinə aparılıb.

Globalinfo.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Təqsirləndirilən Markaryan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılması üçün məhkəməyə aparılıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Markaryan həyat yoldaşı ilə birgə Belarusa gedərkən saxlanılıb. Rusiya İstintaq Komitəsi blogerin istintaq müddətində həbs olunmasını tələb edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
globalinfo.az

1Mənbələr