AZ

Sabah bu ərazidə qaz təchizatında FASİLƏ YARANACAQ

Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən XəzərNews.az-a bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Xəbər 1 dəfə oxunub.
Seçilən
63
10
xezernews.az

10Mənbələr