AZ

Qəbələdə VAZ və Hunday toqquşdu: ölən var

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hunday” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
7
axar.az

8Mənbələr