AZ

İllərlə az bişmiş bekon yeyirdi – beynində qurd çıxdı

İllərlə

ABŞ-da 52 yaşlı bir kişi beynində parazitlərlə üz-üzə qalıb. Hadisə barədə Live Science yazıb. Pasiyent klinikaya davamlı baş ağrılarından şikayət edərək müraciət edib. Müayinələr zamanı həkimlər onda Taenia solium (südçül donuzlarda rast gəlinən lentşəkilli qurd) infeksiyasından şübhələniblər. Qanda aparılan analizlər də bunu təsdiqləyib. Məlum olub ki, kişi illərlə yarıbişmiş bekon yeməyi üstün tutub. Məhz bu vərdiş səbəbindən parazitin sürfələri orqanizminə düşərək əvvəlcə bağırsaqlara, sonra isə beynə yayılıb. Sürfələr toxuma içində kisələr əmələ gətirib.Həkimlər ona anti-parazitar və iltihabəleyhinə müalicə təyin ediblər. Kursdan sonra beyindəki infeksiya ocaqları azalıb, baş ağrıları da xeyli zəifləyib.Ulusum.az

Diqqət Çəkənlər

Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO

Trampın əlindəki göyərmə yenə diqqət çəkdi

Makronun hərbi təşəbbüsü ölkə içində də, Avropada da rədd olunur

Seçilən
6
ulusum.az

1Mənbələr