Budur, "Qarabağ"ın yeni transferi…
Artıq onun kimliyini dəqiqləşdirə bilmişik.
Tanış olun - Kamilo Duran Marquez!
23 yaşlı kolumbiyalı sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.
Cənubi amerikalı yerli "Medellin"də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından "Flamenqo"ya icarəyə verilib.
Bir il sonra Portuqaliyaya - "Lusitania"ya getsə də, buradan tez ayrılıb. Ardınca "Estrela"nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında «Portimonenze»yə üz tutub.
Kolumbiyalı universal keyfiyyətləri ilə Qurban Qurbanovun diqqətini çəkib. Hücumun mərkəzi ilə yanaşı, sağ və sol cinahlarda da oynaya bilir.
Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.
Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub. (Sportinfo.az)
saytlarin hazirlanmasi