AZ

Tramp: Cənubi Koreyada nə baş verir?

BAKI, 25 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadakı siyasi vəziyyəti “təmizləmə və ya inqilab”la müqayisə edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.

“Cənubi Koreyada nələr baş verir? Təmizləmə və ya inqilab kimi görünür. Biz buna icazə verib orada bizneslə məşğul ola bilmərik”, - deyən Amerika lideri bu gün Ağ Evdə koreyalı həmkarı Li Çyo Myonla görüşəcəyini xatırladıb.

Qeyd edək ki, iyunun 3-də ölkədə növbədənkənar prezident seçkiləri keçirilib. Müxalifətdə olan Toburo Demokratik Partiyasını təmsil edən Li Çyo Myon 49,4 faiz, mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1 faiz səs toplayıb. Cənubi Koreyanın yeni prezidenti iyunun 4-də vəzifəsinin icrasına başlayıb.

Seçilən
12
teleqraf.com

1Mənbələr