AZ

Yohan Vadeful: “İndi Putin ədalətli sülhə hazır olduğunu...”

Almaniyanın xarici işlər naziri Yohann Vadeful, Xorvatiyaya səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün üçtərəfli görüş ehtimalını zəif qiymətləndirdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə rəsmi təmaslar keçirən Vadeful, xorvatiyalı həmkarı Qordan Qrliç Radman ilə birgə mətbuat konfransı təşkil edib.

Vadeful çıxışında Ukraynanın “həlledici məqamda” olduğunu qeyd edərək, “Ukraynanın özünü müdafiə etməsi üçün dəstəyimizə ehtiyacı var. Sülh danışıqları istiqamətində irəliləməyimiz yaxşı bir haldır” deyib. O, ABŞ Prezidenti Trampın, Rusiya Prezidenti Putin ilə Ukrayna Prezidenti Zelenskinin görüş ehtimalını aşağı qiymətləndirdiyini xatırladaraq, Putinin bu görüşə “hazır olmadığını” söyləyib.

Alman nazir əlavə edib: “İndi Putin ədalətli sülhə hazır olduğunu və vaxt qazanmağa çalışmadığını göstərməlidir, lakin bu barədə hələ də şübhələr var. Əgər Putin vaxt udmaqla nəyəsə nail ola biləcəyini düşünürsə, yanılır. Çünki Ukraynaya dəstəyimiz azalmayacaq”.

Vadeful Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib və Rusiyaya təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Xorvatiya XİN rəhbəri Qrliç Radman da həmkarı ilə Ukraynadakı müharibəni və Qəzzada mülki əhalinin üzləşdiyi faciəni müzakirə etdiklərini, Avropanın Ukraynaya dəstəyinin davam etdirilməsi məsələsində razı qaldıqlarını qeyd edib.

Aİ-nin genişlənmə prosesinə töhfə verdiyinə görə Almaniyaya təşəkkür edən Radman, xüsusilə Bosniya və Herseqovinanın Aİ-yə üzvlük yolunun önəmini vurğulayıb.

Nazir Vadeful Zaqrebdəki təmasları çərçivəsində Baş nazir Andrej Plenkoviç ilə də görüş keçirib.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr