Şəkərli və qazlı içkilərdə çox istifadə edilən fruktoza sağlamlıq üçün zərərlidir.
Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli daxilixəstəliklər mütəxəssisi Dr. Mert Bektaş danışıb. O deyib ki, fruktoza təbii şəkildə meyvələrdə və balda olsa da, emal edilımiş qidalardakı yüksək fruktozalı qarğıdalı siropu daha qatıdır.
“Qazlı içkilər, meyvə aromalı içkilər, enerji içkiləri, peçenye, vafli, hazır tortlar, souslar və səhər yeməyində istifadə edilən taxıl lopaları fruktoza ilə ən zəngin qidalardır”.
Fruktozanın təbii meyvələrdəki liflə birlikdə istehlak edildikdə problem yaratmadığını vurğulayan Dr.Bektaş həddindən artıq istehlakın ciddi risklər daşıdığını vurğulayıb:
“Piylənmə: Toxluq hissi yaratmır və kalori qəbulunu artırır”.
Mütəxəssis içkilərdəki fruktozanın digər zərərlərini də zadalayıb:
Qaraciyər yağlanması: Fruktoza demək olar ki, tamamilə qaraciyərdə metabolizə olunur. Həddindən artıq istehlak qaraciyər yağ istehsalını artırır.
İnsulin müqaviməti və diabet: Şəkərli içkilərin müntəzəm istifadəsi 2-ci tip diabet riskini 20-25% artırır.
Ürək xəstəliyi riski: Triqliserid səviyyəsinin artmasına səbəb olaraq damar sağlamlığına mənfi təsir göstərir.
Diş sağlamlığı: Turşu təbiəti ilə həm çürükləri artırır, həm də minanı aşındırır.
Həkim şəkərli içkilər yerinə daha çox su, qazlı su, ayran, kefir, şəkərsiz bitki çayları, kompotlara üstünlük verməyi tövsiyə edib.
Dr. Bektaş əlavə edib ki, fruktoza istehlakının azaldılması qısa müddətdə iştahı idarə etməyə kömək edir və lazımsız kalori qəbulunun qarşısını alır.
Billurə Yunus